Bundestaq ordunun silahlanması üçün 3 milyard avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Almaniya parlamenti (Bundestaq) ordunun silahlanması məqsədilə 3
milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsait
çərçivəsində ABŞ şirkəti “Airbus”dan 20 yüngül döyüş helikopterinin
alınması nəzərdə tutulur. Helikopterlərin ümumi dəyəri təxminən 1
milyard avrodur.




Bundan əlavə, Almaniya Müdafiə Nazirliyi 100 min gecəgörmə
cihazı almaq niyyətindədir. Bu məqsədlə daha bir milyard avro
xərclənəcək. Nazirlik həmçinin təxminən 1,2 milyard avro dəyərində
zenit raketlərinin satın alınmasını da təsdiqləmək istəyir.

Məsələ ilə bağlı səsvermənin noyabrın 12-də qapalı iclasda
keçirilməsi planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir