Novak Cokoviç karyerasında 101-ci titulu qazanıb

Baş səhifə

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP
turnirində qalib gələrək karyerasında 101-ci titulunu əldə
edib.

Trend xəbər verir
ki, final görüşündə Cokoviç italiyalı Lorenzo Musettini 2:1 hesabı
ilə məğlub edib – setlər 4:6, 6:3, 7:5. İki tennisçi indiyədək 10
dəfə qarşılaşıb və bu görüşlərdə Cokoviç 9 qələbə qazanıb.




Qeyd edək ki, 37 yaşlı Novak Cokoviç karyerası ərzində 13
müxtəlif il boyunca Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən
kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub və 428
həftə ərzində lider olub. O, həmçinin 8 dəfə ilin sonunda birinci
pillədə qərarlaşıb.

Cokoviç amerikalı Cimmi Konnors (109) və isveçrəli Rocer Federer
(103)dən sonra 100-dən çox kubok qazanan üçüncü tennisçidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir