
Bakı. Trend:
Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-yə rəsmi səfər edib.
Trend xəbər verir
ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla
görüşəcək.
ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın
Vaşinqtona səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama
dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-ın rəhbərlik
etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulmaq istədiyini
bildirib.
Qeyd edək ki, Suriya Prezidenti əvvəllər də ABŞ-yə səfər edib.
Bu ilin sentyabrında onun səfəri BMT Baş Assambleyasının 80-ci
sessiyasında iştirakı çərçivəsində baş tutub.

