Azərbaycan idmançıları bu gün İslamiadada 6 növdə çıxış edəcəklər

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI
İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman
növündə çıxış edəcəklər.

Trend-in
məlumatına görə, idmançılarımız cüdo, üzgüçülük, ağırlıqqaldırma,
stolüstü tennis, voleybol və boksda qüvvələrini sınayacaqlar.




Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20
idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23
növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir