Prezident İlham Əliyevin qətiyyətli siyasətinin qələbə simvolu ​Xankəndidən Şuşayadək – üçrəngli bayrağımızın zəfər yolu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabr
tarixində qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün dövlətçiliyin,
müstəqilliyin, milli kimliyin və birliyin rəmzidir. Bayraq – hər
bir xalqın azadlıq və suverenlik simvolu olmaqla, onun tarixini,
mədəniyyətini və ideallarını özündə əks etdirir.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə
1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə Azərbaycan
Respublikasının üçrəngli milli bayrağı qəbul edildi.

“Sovet hakimiyyəti illərində üçrəngli bayraq qadağan olunsa da,
xalqın qəlbində yaşamağa davam etdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin qərarı ilə üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı
kimi qəbul edildi. Daha sonra, 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti tərəfindən üçrəngli bayraq Azərbaycan
Respublikasının Dövlət Bayrağı kimi təsdiqləndi.”

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 Noyabr
– Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlandı.

“Azərbaycanın üçrəngli bayrağı bu gün yalnız bir dövlət atributu
deyil, həm də xalqın qəhrəmanlıq salnaməsinin, milli qürurunun və
azadlıq ideallarının təcəssümüdür. Bu bayraq indi artıq azad
edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu hadisə Prezident
İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasətinin parlaq
nəticəsidir. Azərbaycan xalqının son onilliklərdə qazandığı ən
böyük nailiyyətlərdən biri torpaqlarımızın azad edilməsi və ərazi
bütövlüyümüzün tam bərpasıdır.”

A. Qarayev qeyd edib ki, uzun illər ərzində Azərbaycan xalqı
Qarabağda üçrəngli bayrağımızın ucalacağı günü həsrətlə
gözləyirdi.

“Prezident İlham Əliyev təkcə hərbi deyil, həm də siyasi və
diplomatik qələbə qazandı. Dövlət başçısı, dünya ictimaiyyətinə
sübut etdi ki, Qarabağ Azərbaycanındır və bu məsələ heç vaxt
danışıqlar mövzusu ola bilməz. Məhz bu prinsipial mövqeyin
nəticəsində bu gün Qarabağın hər qarışında Azərbaycan bayrağı
ucalır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
yeni dövrə – bərpa və quruculuq dövrünə qədəm qoyub. Azad edilmiş
ərazilərdə yollar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları
tikilir, insanlar doğma yurdlarına qayıdır. Və hər bir yeni
tikilinin üzərində üçrəngli bayrağımız dalğalanır.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir