
Bakı. Trend:
Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən
ziyarətçilərin istifadəsinə verilib.
Trend-in
məlumatına görə, ölkə başçısı cənab İlham Əliyevin müvafiq
tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin
əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz
qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə
alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin
girişində növbə sistemi yaradılacaq.
Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət
göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat
11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı
uşaqlar – ödənişsiz, tələbələr üçün – 1 AZN, böyüklər üçün – 5
AZN;
Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15
AZN
Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I,
II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz
qaydada olacaq.

