Fərdi Tayfurdan 6 milyard miras qalıb

Baş səhifə

Yanvar ayının 2-də vəfat edən Türkiyənin əfsanəvi müğənnisi Fərdi Tayfurun vəkili ilə övladları arasında miras qovğası başlayıb.

Metbuat.az xəbər verir ki, vəkili Fərdi Tayfurdan 6 milyard lirə miras qaldığını açıqlayıb. O, bu vəsaitdən sənətçinin övladlarına pay düşməyəcəyini deyib. Vəkil müğənninin saglığında uşaqlarını miras hüququndan məhrum etdiyini bildirib.

Onun sözlərinə görə, Fərdi Tayfur sahib olduğu sərvətin böyük qismini xeyriyyəciliklə məsğul olan qurumlara bağışlayıb. Dünyadan köçəndən sonra onun var-dövlətindən yoxsul insanların faydalanması muğənninin ən böyük arzusu olub.

Fərdi Tayfurun qızı Tuğce Tayfurun cavabı özünü çox gozlətməyib. O, qarşı tərəfi yalançılıqda və riyakarlıqda suçlayıb. “Uşaqları olduğu halda sən niyə Fərdi Tayfurun sərvətinin arxasınca düşmüsən?”- deyə Tuğçe Tayfur özünün sosial şəbəkə hesabında yazıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir