Sabah bəzi yerlərdə duman olacaq, külək əsəcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi
səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa
enəcək. Nisbi rütubət 75-85 % olacaq.




Noyabrın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti,
dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir