
Bakı. Trend:
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə
Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə
təşkilatçılığı ilə “Zəfərin Mübarək, Suveren Azərbaycan” adlı
bayram konserti keçirilib.
Trend xəbər verir
ki, Zəfər parkında təşkil olunan konsert proqramını Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı
Mahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri,
şəhid ailələri, qazilər və minlərlə rayon sakini izləyib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində
Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət
açılıb.
Konsertdə respublikamızın tanınmış incəsənət ustaları
tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. Yüksək
vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı
sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

