Azərbaycanın iki cüdoçusu finala yüksəlib – İslamiada (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala
yüksəlib.

Trend-in
məlumatına görə, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva
(70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.




Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram),
Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə
bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və
2 bürünc medal qazanıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir