
Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi Vətən müharibəsində Qələbənin
beşinci ildönümünə həsr olunan hərbi paradla bağlı görüntülər
paylaşıb.
Trend-in
məlumatına görə, görüntülər Nazirliyin “X” sosial şəbəkəsində
yayımlanıb.
Bildirilib ki, paylaşımda Bakıda hərbi paradda iştirak edən və
salam uçuşu həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı
təyyarəsinin kabinəsindən olan görüntü əks olunub.

