
Bakı. Trend:
Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi
Oyunlarında yarımfinal görüşünə çıxıb.
Trend-in
məlumatına görə, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala
yazdırıb.
Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram),
Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram)
və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə
aparacaqlar.

