
Bakı. Trend:
Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə
Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam
Həmrəyliyi Oyunlarının qalibi olub.
Trend-in
məlumatına görə, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl
medal qazanıb.
Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada
üçüncü yeri tutub.
Bu gün, həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel
Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi
Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə
aparacaqlar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və
2 bürünc medal qazanıblar.

