
Bərdə. Trend:
Bərdə rayonunda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Trend-in Qarabağ
Bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə
alınıb. Kənd sakinləri Fətəliyeva Aytən Əsgər qızı nəvəsi
Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından
zəhərləniblər. Hər iki şəxsi Məhkəmə Tibbi Ekspertiza və Pataloji
Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Hər iki şəxsin
meyiti tibbi müayinədən sonra, aidiyyatı üzrə təhvil verilib.

