“Qarabağ” “Neftçi”yə qalib gəldi

Baş səhifə

Misli Premyer Liqasının XI turunda “Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan derbisi keçirilib.

Metbuat.az xəbər verir ki, “Zəfər turu”nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar.

“Qarabağ” 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan “Neftçi” yeddincidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” “Qəbələ”ni (2:0), “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Sabah” “Kəpəz”i (3:1) üstələyib. “Zirə” – “Turan Tovuz” oyununda isə hesab açılmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir