“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl
sikkə kolleksiyası təqdim edilib. Xatirə kolleksiyası Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan
silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə
ithaf olunub.

“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının
birlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın
şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını və
müdrik siyasətin təntənəsini simvolizə edir.

Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial
Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. Zəfər
Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi
simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44
gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunan
tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.




Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyi
ilə tarixiləşən 8 Noyabr – Zəfər Gününü əks etdirir. Dövlət
rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz
ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini
və əbədiliyini vurğulayır.

Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin
sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilən
qızıldan limitli sayda, hər çeşid üzrə – 200 ədəd olmaqla 5,10, 20
qram və 1 unsiya çəkilərində istehsal edilib.

Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül
prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində,
həmçinin www.azergold.gift
onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir