Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

Baş səhifə

Bakı. Trend:

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir
ki, təmir işləri icra olunur.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
məlumat verilib.




“Bununla əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə
müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa
çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın
hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan
ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol
nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə
əməl etmələri xahiş olunur”, – məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir