
Bakı. Trend:
Türkiyə Superliqasında 12-ci turun növbəti oyunu keçirilib.
Trend xəbər verir ki,
“Fənərbağça” doğma meydanda “Kaysərispor”la qarşılaşıb. Görüş ev
sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul klubu 28 xalla ikinci sıradadır. Qonaqlar isə 9 xalla
16-cı yerdədir.

