Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 9 medalla başa vurublar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın cüdoçusu Zelim Kotsoyev Ər-Riyad şəhərində
keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Trend xəbər verir ki, 100
kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev finalda misirli
Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq fəxri kürsünün ikinci
pilləsinə qalxıb.

Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc mükafata sahib
çıxıb.




Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa
vurublar. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Südabə
Ağayeva (70 kiloqram) qızıl, Könül Əliyeva (48 kiloqram) gümüş,
Aytac Qardaşxanlı (70 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Aydan
Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc
mükafat əldə ediblər.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-da
qarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finalda
Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir