
Bakı. Trend:
Böyük Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim
Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə
bağlı yaranan qalmaqaldan sonra istefa verib.
Trend xəbər verir ki, bu
barədə məlumatı korporasiyanın özü yayıb.
BBC-nin açıqlamasında bildirilib ki, qurumun xəbər bölməsinin
rəhbəri Debora Terness də vəzifəsini tərk edib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn
Levitt BBC-nin Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan
əvvəlki çıxışını təhrif etdiyini bəyan etmişdi. Onun sözlərinə
görə, korporasiya ABŞ prezidentinin çıxışını bilərəkdən
dəyişdirərək, sanki Trampın Kapitolidə baş verən iğtişaşları
dəstəklədiyi təəssüratını yaradıb.

