
Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan
növbəti təyinat alıb.
Trend xəbər verir ki, o,
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək
Norveç – Estoniya görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş
tutacaq.

