Ukrayna son bir il ərzində 50 milyard dollardan artıq xarici maliyyə yardımı əldə edib

Baş səhifə

Bakı. Trend:

2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər Ukrayna
52 milyard dollar xarici maliyyə yardımı alıb. Bunun 22,9 milyard
dolları dondurulmuş Rusiya aktivlərindən əldə olunub.

Trend xəbər verir ki, bu
barədə Ukrayna Milli Bankı məlumat yayıb.

Avropa İttifaqı və G7 ölkələri ERA proqramı çərçivəsindəki 30
milyard dollarlıq paylarını demək olar ki, tam istifadə edib. ABŞ
isə Donald Trampın hakimiyyətə gəlməsindən sonra birbaşa maliyyəni
dayandırıb. 2024-cü ilin noyabr-dekabr aylarında Kiyev 16,1 milyard
dollar alıb, əsasən sosial öhdəliklərə xərclənib.




Ukrayna, həmçinin daxili borclanmanı artırıb — son 12 ayda bu
məbləğ 2,9 milyard dollar təşkil edib və üçdə ikisi son altı ayda
yaranıb.

Oktyabrın əvvəlində Macarıstanın Baş naziri Viktor Orban
bildirib ki, Avropa İttifaqının Ukraynaya dəstəyi artıq təxminən
175-180 milyard avroya çatıb və gələcəkdə artmağa davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir