ABŞ Senatı şatdaunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Senatında şatdauna son qoymaq üçün güzəştli maliyyələşdirmə
layihəsi üzrə səsvermə keçirilib.

Trend xəbər verir ki, layihə
60 lehinə, 40 əleyhinə səs toplayıb. Daha əvvəl də elan etdikləri
kimi, Demokratlar Partiyasından olan 8 senator səsvermə zamanı
layihəni dəstəkləyib. Səsvermə yerli vaxtla bazar günü axşam saat
20:00 radələrində başlayıb və 3 saata yaxın davam edib. Həftəsonu
olduğundan 60 səsli baryeri keçmək üçün bəzi senatorların
səsverməyə qatılması zaman alıb.




Bu səsvermə hökumətin açılması demək deyil, lakin bu istiqamətdə
həlledici addımdır. Şatdaunun ləğvi üçün layihə Nümayəndələr
Palatasında səsverməyə çıxarılmalı və Prezident tərəfindən
təsdiqlənməlidir.

Qeyd edək ki, layihə hökumətin ilin sonuna kimi maliyyələşməsini
nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir