
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 5,145 milyon ABŞ
dolları dəyərində keramika məmulatları ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, keramika məmulatları ixracı ötən ilin eyni dövrü
ilə müqayisədə 3,569 milyon ABŞ dolları və ya 3,3 dəfə artıb.
Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 80,222 milyon ABŞ
dolları dəyərində keramika məmulatları idxal edilib. Bu isə ötən
ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon ABŞ dolları və ya 10,3%
azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycandan 2,6 milyard ABŞ dolları dəyərində qeyri-neft
məhuslları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən
184,1 milyon ABŞ dolları və ya 7,5% artım deməkdir.

