Azərbaycan tütün məmulatları idxalına xərcini 6 milyon dollardan çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 95,5 milyon ABŞ
dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Müqayisə üçün bildirək ki, ötən ilin ilk 9 ayında ölkəyə 89,094
milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal
edilib.

Beləliklə, sözügedən məmulatların idxalı ötən ilin eyni dövrü
ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 7,2% artıb.




Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan
xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon
ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,
16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%
azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir