İşğaldan azad olunmuş ərazilərin nə qədər hissəsi minalardan təmizlənib?

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bu
günədək icra edilən əməliyyatlar zamanı 237 821.5 ha ərazi mina və
partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mina
Təmizləmə Agentliyindən (ANAMA) bildirilib.




Qeyd edilib ki, cari dövr ərzində 39 201 ədəd piyada əleyhinə
mina, 22 637 ədəd tank əleyhinə mina və 164 128 ədəd partlamamış
hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, ANAMA-nın həftəlik açıqladığı məlumata əsasən,
ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı,
Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o
cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanis Ayrım, Aşağı
Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə
mina, 364 tank əleyhinə mina, 12.298 partlamamış hərbi sursat
aşkarlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir