2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olundu

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb.
Təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas
tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.

Trend
xəbər verir ki. bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, ən çox vakansiya elan edilən sahələr topdan və
pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın
təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək
bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.

Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən
müəssisələr arasında banklar (8,2%), tikinti-quraşdırma şirkətləri
(6,9%), otellər (4,9%) və tədris-təlim müəssisələri (4,7%) yer
alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış
təmsilçiləri (8%), mühasiblər (6,6%) və satınalma-təchizat üzrə
mütəxəssislərdir (3,2%).




Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və
elektrik ustalarıdır.

Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan
vakansiyaların yalnız 26,3%-ində əməkhaqqı açıq şəkildə
göstərilib:

Orta əməkhaqqı – 965 manat
Median əməkhaqqı – 800 manat
Ən çox təklif olunan əməkhaqqı intervalı – 601–1000 manat

Ən yüksək orta əməkhaqqı İKT, mühəndislik, memarlıq,
proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub.

Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox
tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz
nisbətilə üstünlük təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir