
Şəmkir rayonunda iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb.
Şəhər ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , “Mersin” dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

