
Şəmkirdə yaşlı kişini avtomobil vuraraq öldürüb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi “VAZ-2107№ markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü (77 yaş) Çitadze Yaşa Usmanoviçi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

