ÜST Sudandakı toqquşmaların dayandırılması üçün çağırış edib

Baş səhifə

Bakı. Trend:

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında davam
edən toqquşmalar nəticəsində qan axıdılmasına son verilməlidir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının
(ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Qebreyesus, Şimal‑qərbi Sudan, Darfur bölgəsindəki Faşir
şəhərində ÇRQ tərəfindən həkim Ədəm İbrahim İsmailin öldürülməsinə
dair məlumat alındığını və təşkilatın bu hadisəni böyük təəssüflə
qarşıladığını deyib:




“ÜST olaraq bildiririk ki, həkim İsmailin yasını tuturuq və
səhiyyə əməkdaşlarına yönələn zorakılıqlar dərhal
dayandırılmalıdır”.

Təşkilat, Sudan ərazisində 15 Aprel 2023‑cü ildən etibarən davam
edən silahlı qarşıdurmaların dərin narahatlıq doğurduğunu
vurğulayıb. Faşir bölgəsində çoxsaylı zorla köçürülmə, dinc
sakinlərə qarşı öldürmə və işgəncələr barədə video sübutların
yayıldığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir