
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, İngiltərənin Milli Yayım Şirkəti “BBC”də baş vermiş istefalarla bağlı açıqlama verib.
Trend xəbər
verir ki, o, bununla bağlı sosial media platformasında yazıb.
Tramp onların çıxışını dəyişdirlikləri üçün qovulduqlarını
bildirib.
“”BBC”‑də ən yüksək səviyyəli şəxslər də daxil olmaqla
rəhbərlik, mənim mükəmməl 6 yanvar çıxışımı dəyişdirərkən tutuldu
və qovuldular”.
Xatırladaq ki, Tim Deivi 6 yanvar 2021-ci ildə Kapitolinin
basqını ilə bağlı Trampın çıxışının saxtalaşdırılması qalmaqalı
fonunda “BBC”nin baş direktoru vəzifəsindən istefa verib. Bundan
başqa şirkətin xəbər yayımı rəhbəri Debora Terness də istefa
ərizəsi təqdim edib.

