
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 480,7 milyon
manatlıq metal filizləri hasil edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü
ilə müqayisədə 260,3 milyon manat, yaxud da 2,2 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 220,4 milyon
manatlıq metal filizləri hasil olunub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda mədənçıxarma
sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz azalmışdır.

