Azərbaycana 9 ayda 2,2 milyard dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,169 milyard ABŞ
dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal
edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məhsulların idxalı ötən ilin eyni dövrü
ilə müqayisədə 478,8 milyon ABŞ dolları və ya 28,3% çoxdur.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 9 ayında ölkəyə
1,690 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların
hissələri idxal edilib.




Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan
xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon
ABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,
16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%
azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir