
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq
ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri cəlb olunub.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək
yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə
tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun
hərbi qulluqçuları ilə birgə həyata keçirilir.
Əlavə məlumat veriləcək.

