
Bakı. Trend:
“Napoli”nin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər.
Trend xəbər
verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio
De Laurentisin görüşündən sonra qəbul oluna bilər.
Konte ilə De Laurentisin görüşü bu gün olacaq.
Qeyd edək ki, Antonio Konte 2024-cü ilin iyul ayından “Napoli”ni
çalışdırır. Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya
çempionu olub.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində
növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Matç noyabrın
25-də oynanılacaq.

