
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Suriyanın Prezidenti Əhməd əş-Şaraa
ilə görüşü zamanı İŞİD-ə qarşı koalisiyaya Suriyanı cəlb etməyi
planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş çərçivəsində Tramp bir sıra sanksiyaların
ləğvini nəzərdə tutur. Onların arasında Suriyanın Vaşinqtondakı
səfirliyinin yenidən açılması da var. Məqsəd regionda terror
təhlükəsinə qarşı əməkdaşlığı genişləndirmək və iki ölkə arasında
diplomatik əlaqələri bərpa etməkdir.

