BTQ üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib

Baş səhifə

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib.

APA-nın yerli bürosu xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidze yeni tərkibin təsdiqlənməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Koordinasiya Şurasının həmsədri təyin olunub.

Şuranın tərkibində iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, ədliyyə nazirinin müavini Beka Dzamaşvili, maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze, Dəmir yolu nəqliyyatı Agentliyinin direktoru Erekle Kejeraşvili və “Gürcüstan dəmir yolları” SC-nin baş direktoru Laşa Abaşidze yer alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir