Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram)
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI
İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.

Trend-in
məlumatına görə, milli üzvü birdən qaldırmada 155 kiloqram
ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub.

O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə
qaldırmaqla üçüncü olub.




R. Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə
fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan
millisinin İslamiadada qazandığı medalların sayı 9-a çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir