
Bakı. Trend:
Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının
qarışıq komanda yarışında final görüşünə çıxıb.
Trend-in
məlumatına görə, milli komandamız qızıl medal uğrunda qarşılaşmada
Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə
məğlub edən yığmamız İslamiadanın qalibi olub.
Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram),
Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və
Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa
vurublar.

