
Bakı. Trend:
Türkiyənin “Eyüpspor” futbol klubunun prezidenti Murat Özkaya
saxlanılıb.
Trend-in
məlumatına görə, o, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “mərc saytlarında hakimlərin üzvlüyü” kimi tanınan istintaq
çərçivəsində “matçın nəticəsinə təsir etmək” isttihamı ilə həbs
edilib.
Məlumata əsasən, istintaq çərçivəsində daha 4 futbol hakimi də
saxlanılıb.
Baş Prokurorluğundan bildirilib ki, ümumilikdə 21 nəfər
saxlanılıb.

