Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb – YENİLƏNİB

Baş səhifə

10.11.2025-ci il tarixində saat 14:50 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, sağ əl üst nahiyəsinin və alın nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilmiş pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

15:10

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir