Messi Barselonaya qayıtdı

Baş səhifə

“Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi “Kamp Nou”ya qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə Messi sosial media hesabında paylaşım edib. O, “Dünən gecə ruhumla darıxdığım yerə qayıtdım. İnanılmaz dərəcədə xoşbəxt olduğum, hamınızın məni dünyanın ən xoşbəxt insanı kimi hiss etdirdiyi bir yer. Ümid edirəm ki, bir gün qayıda bilərəm, sadəcə bir oyunçu kimi vidalaşmaq üçün deyil, çünki bunu heç vaxt edə bilmədim…”, – deyə yazıb.

Qeyd edək ki, Lionel Messi üçün “Barselona” tərəfindən vida oyununun təşkil ediləcəyi barədə xəbərlər dərc edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir