Neftçala bazarındakı yanğın söndürülüb – YENİLƏNİB

Baş səhifə

Neftçala bazarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə yanğının ərazidə daha iri mağazalara keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində bir neçə meyvə mağazası və piştaxtalar yanıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:18

Neftçalada bazarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi şəhər mərkəzində yerləşən bazarda baş verib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Bir neçə mağazanın yandığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir