
Bakı. Trend:
Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi
Oyunlarında gümüş medal qazanıb.
Trend-in
məlumatına görə, idmançı 200 metr məsafəyə kəpənək üsulla üzmə
yarışında 2.01.16 nəticə ilə 2-ci olub.
Bununla da Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı
medalların sayı 3-ə çatıb. Daha əvvəl Süleyman İsmayılzadə 1500
metr məsafəyə sərbəst üsulla üzmədə, Azərbaycanın qadınlardan
ibarət yığması isə 4×200 metr məsafəyə sərbəst üsulla estafet
yarışında bürünc mükafata sahib çıxıb.

