
Bakı. Trend:
Neftçala şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala şəhərində
bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi
sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd
tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə
yanıb.
Digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

