
Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam
Həmrəyliyi Oyunlarının boks yarışlarının final görüşləri
keçirilib.
Trend-in
məlumatına görə, bokçumuz Səidcəmşid Cəfərov (80 kq) final
görüşündə Sultan Osmanlıya (Türkiyə) qalib gələrək qızıl medala
sahib olub.
Azərbaycan millisinin daha bir üzvü Məhəmmədəli Qasımzadə (60
kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gəlib. Finalda
Özbəkistan təmsilçisinə məğlub olan Məhəmmədəli Qasımzadə gümüş
medal qazanıb.
Qadın boksçumuz Aynur Mikayılova (57 kq) finalda Xumorabonu
Mamajonovaya (Özbəkistan) məğlub olaraq gümüş medal qazanıb. Daha
bir qadın boksçumuz Nərgiz Zeynalova (54 kq) da ikinci yeri
tutub.

