
Bakı. Trend:
Türkiyənin qərbindəki Balıkesir vilayətində 4,9 bal gücündə
zəlzələ baş verib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə
Olunması Agentliyi (AFAD) xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Sındırqı şəhəri
ərazisində, 9,6 km dərinlikdə yerləşib. Daha sonra ən güclüsü 3,6
bal gücündə olan afterşoklar baş verib.
Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

