
Bakı. Trend:
ABŞ Senatı hökumətin yenidən açılmasına imkan verən qanun
layihəsi üzrə yekun səsverməni qəbul edib.
Trend-in
məlumatına görə, səsvermənin nəticələrinə görə, qanun layihəsini 60
qanunverici dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.
Qanun layihəsi şatdaun zamanı ödənişsiz məzuniyyətə göndərilən
dövlət məmurlarının retroaktiv ödənişlərin və 2026-cı maliyyə
ilinin sonuna qədər (30 sentyabr) ərzaq talonlarının
maliyyələşdirilməsini nəzərdə tutur.
Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün
Nümayəndələr Palatasına göndəriləcək.

