Əl-Şaraa: Suriya hakimiyyəti Əsədi məsuliyyətə cəlb etmək niyyətindədir

Baş səhifə

Hazırkı Suriya rəhbərliyi sabiq Suriya lideri Bəşər Əsədi məsuliyyətə cəlb etməyin zəruri olduğunu düşünür.

APA xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib.

“Ədalət qələbə çalmalıdır. Biz Bəşər Əsəd də daxil olmaqla, hər kəsi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq”, – o deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir