COP29-un gənclər üzərində qurulan irsi geləcək sammitlər üçün iştirak modelidir – Yalçın Rəfiyev

Baş səhifə

Bakı. Trend:

Braziliyanın Belen şəhərində keçirilən COP30 sammitinin ilk günü
uşaqlar və gənclərin iştirakı ilə bağlı məsələlər diqqət mərkəzində
olub.

“Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun nazirlər
görüşü zamanı iştirakçılar uşaqyönümlü iqlim siyasətləri və
maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi mövzusunda
müzakirələr aparıblar.

Trend-in
məlumatına görə, görüş UNICEF-lə birgə təşkil edilib və təşkilat
tədbirdə Qlobal Uşaq Riskləri Bazası (Global Child Hazard Database)
adlı yeni məlumat platformasını təqdim edib. Bu baza ölkələrə
uşaqyönümlü milli iqlim siyasətlərinin və yeni nəsil iqlim
planlarının (NDCs 3.0) hazırlanmasında dəstək göstərməyi
hədəfləyir.




Tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də iştirak
edib.

Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP29-un gənclərin və
uşaqların iştirakı üzərində qurulan irsi gələcək sammitlər üçün
mənalı iştirak modelinə çevrilib.

Baş danışıqçı qeyd edib ki, COP29 Sədrliyinin Gənclər üzrə İqlim
Çempionu və UNICEF arasında qurulan əməkdaşlıq nəticəsində
uşaqyönümlü iştirakın təşviqi, gənclərin liderliyi ilə həllərin
irəli çəkilməsi və iqlim qərarlarında uşaqların səsinin
eşidilməsini təmin edən mühüm platforma yaranıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir